VƏTƏNİN QƏHRƏMAN OĞULLARI

Təhsil Nazirliyinin 16.11.2020 ci il tarixli, F-512 nömrəli əmrinə əsasən "Vətənin qəhrəman oğulları"mövzusunda onlayn iclas keçirdi.
İlk öncə Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımız bir dəqiqəlik sükutla yad edildi. İclasın keçirilməsində məqsəd 27 sentyabr tarixindən başlayan II Qarabağ müharibəsində Vətənin keşiyində dayanan, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından qanından keçən şəhidlərimizi yad etmək onları unutdurmamaqdır. Məktəbin direktoru X. Ə. Bağırova çıxış edərək bildirdiki hər bir sinifə bir şəhid adı verilsin, şagirdlərlə birlikdə onlar haqqında videoçarxlar hazırlanması tapşırdı.
Daha sonra məktəbin tərbiyə işləri üzrə direktor muavini V. F. Rəcəbova öz çıxışında sinif rəhbərlərinə keçirilən sinif təşkilat saatlarında Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti nəticəsində Erməni işğalından azad olunmuş torpaqlarımız və Vətən uğrunda şəhid olmuş hər bir qəhrəman haqqında şagirdlərlə ətraflı söhbət aparılmasını tapşırdı.