EKOLOJİ TERROR
"Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Təhsil Nazirliyinin 16.11.2020 ci il tarixli, F-512 nömrəli fəaliyyət planına uyğun Microsoft Teams proqramı üzərində "Ekoloji terror" mövzusunda onlayn tədbir keçirildi. 23.12.2020 ci il tarixdə keçirilən tədbirdə işğaldan azad olunmuş rayonlarımızın flora və faunasına həsr edilmişdir.
Tədbirdə biologiya müəllimləri K.B.Əliyeva və S. M. Nuriyeva bu ərazilərdə əvəllər mövcud olan flora və faunamız, qoruq və yasağlıqlarımız işğal illəri ərzində Ermənilərin təbiətimizə, milli sərvətimizə vurduğu zərərlər haqqında geniş məlumat verdilər. İşğaldan azad olunmuş rayonlarımızın füsunkar təbiəti, flora və fauna inciləri şagirdlərin hazırladığı videoçarxlarda öz əksini tapmışdır.
Sonda tədbir iştirakçıları Ermənistanın törətdiyi ekoloji terrora görə Beynəlxalq hüquq qarşısında cavab verməli olduğunu bildirdilər.