"ŞƏRƏFLİ ÖMÜR YOLU"

    11 dekabr 2020-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Şərəfli ömür yolu" adlı onlayn tədbir keçirildi. Tədbirdə müəllimlər və şagirdlər iştirak etdilər.

    Anım tədbirlərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra  6-b sinif şagirdlərinin hazırladıqları videoçarxlar nümayiş olundu. Dahi liderin ömür yolundan danışıldı. Bugünki qələbəmizin banisi olan Heydər Əliyevin ordu quruculuğu və yeritdiyi düzgün siyasətdən bəhs olundu.

    Tədbirin sonunda məktəbin azərbaycan dili və ədəbiyyatı müəllimi  Elnurə Haqverdiyeva çıxış edərək bildirdi ki, biz Ümummilli liderin Vətənimiz üçün etdiklərindən nə qədər danışsaqda azdır. Bu gün Vətən müharibəsində düşmən üzərində çaldığımız qələbənin təməli H.Əliyev tərəfindən qoyulub. Azərbaycan xalqı Şərəfli ömür yolu keçmiş Dahi Lideri heç vaxt unutmayacaq. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi