"QARABAĞ AZƏRBAYCANDIR" ADLI MÜSABİQƏNİN MƏKTƏB MƏRHƏLƏSİ

Şagirdlərdə vətənpərvərlik, vətənə məhəbbət hissinin formalaşmasının ən vacib məqamlarından biri onların yaşadığı kənd, şəhər ölkə haqqında geniş məlumata malik olmaları və onu tanımalıdır. Vətən uğrunda mübarizədə Azərbaycan ordusunun şanlı qələbəsi ilə əlaqədar tədbirlərin görülməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması əsas vəzifələrindən biridir.
Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi 30 ilə yaxın düşmən işğalından azad olunması ilə başa çatdı. " Qarabağ Azərbaycandır" adlı intellektual yarışmanın məktəb mərhələsi 08.12.2020-ci il tarixində 9-11 ci sinif şagirdləri arasında keçirildi. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə etmək işğaldan azad olunmuş ərazisinin tarixi, mədəniyyəti, tarixi abidələri tanınmış şəxsiyyətləri barədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Keçirilən müsabiqədə məktəb mərhələsində məktəbin 11-ci sinif şagirdi Hüseynli Cavid layiqincə təmsil edərək növbəti mərhələyə vəsiqə qazanmışdır.