VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN XATİRƏSİ BİR DƏQİQƏLİK SÜKUTLA YAD OLUNUB
04 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamına əsasən məktəbimizin şagird və müəllimləri onlayn dərs zamanı şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Müəllimlərimizin ilk dərs saatı vətən uğrunda canından keçən oğullarımız haqqında şagirdlərə məlumat verməklə başlamışdı.
Ölkə rəhbərliyi "Dövlət Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirələri uca tutulur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi hörmətlə anırıq.
Anım gününün ikonası Şuşanın rəmzi sayılan “Xarı Bülbül”dür.
Xatırladaq ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu həlak olub. Hərbi əməliyyatlar zamanı yaralanmış 1245 əsgər və zabitin tibb müəssisələrində müalicəsi davam etdirilir.
Allah şəhidlərimizə rəhmət eləsin, bütün yaralılara şəfa versin.