ƏFSANƏVİ PARTİZAN ƏHMƏDİYYƏ CƏBRAYILOVUN 100-İLLİK YUBİLEYİ

2020-ci ilin sentyabr ayında Azərbaycan xalqının igid övladı, İkinci Dünya Müharibəsi dövründə antifaşist Müqavimət hərakatının görkəmli nümayəndəsi əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun 100 illiyi tamam oldu.
BŞTİ nin 07 oktyabr 2020 ci il tarixli F-192 nömrəli "Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi" haqqında əmrinin icrası məqsədi ilə silsilə onlayn tədbirlər keçirildi.
Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun həyatıvə döyüş yolu haqqında məktəbin tarix müəllimi Osmanova Aynurə şagirdlərə mühazirələr söylədi.
Onlayn şəkildə keçirilən mühazirədə çıxış edən məktəb rəhbəri Xoşqədəm Bağırova Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində tariximizdə silinməz izlər qoymuş şəxslərin xatirəsinə dərin ehtiram ifadə edildiyini bildirdi. Ölkə Prezidentinin “Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı xalqımızın, dövlətimizin qəhrəman övladlarına olan əbədi ehtiramının təzahürüdür. Daha sonra şagirdlərin hazırladıqları məqalələr ətrafında çıxış etdilər.