TARİX YAZAN ŞƏHİD MƏZUNLARIMIZ

    Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü hər bir Azərbaycan vətəndaşının ürəyində yaşatdığı, uğrunda mübarizə apardığı ən müqəddəs arzusu olub. Bu mübarizə yolunda Azərbaycanın bir çox oğul və qızları canlarını qurban vermişlər. Belə igid oğullarımızdan məktəbimizin məzunları Qasımov Şəhriyar Vəzir oğlu, İbrahimov İbrahim Abdulla oğlu. Qasımov Şəhriyar Vəzir oğlu -07.11.1995-ci ildə Bakı şəhərində anadan olub. Q. Şəhriyar oxuduğu müddətdə vətənə sevgisi, vətənpərvərliyi ilə seçilirdi. Q. Şəhriyar II Qarabağ müharibəsi başlıyanda könüllü olaraq müraciyət edib müharibəyə yollandı. Şəhriyar Qubadlı rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə çatdı. 

    İbrahimov İbrahim Abdulla oğlu- 10.03.1999- cu ildə Bakı şəhərində anadan olub. 2018-ci ildə məktəbimizin məzunu olub. 03.01.2019-cu ildə hərbi xidmətə çağırılıb. 05.11.2020-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhidlərimizin qarşısında baş əyirik. Allah şəhidlərimizə rəhmət eləsin. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi