KONSTİTUSİYA GÜNÜ
12 noyabr-Konstitusiya Günü ilə əlaqədar şagirdlərimiz arasında onlayn tədbir keçirilib. Dahi lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığı, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyi şagirdlərin diqqətinə çatdırılıb.
Onlayn tədbirlərdə Konstitusiya tariximizə həsr olunmuş videoçarxlar göstərilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub. Eləcə də Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsinin 25 illiyi ilə əlaqədar şagirdlərin rəsm və əl işlərindən ibarət onlayn sərgilər təşkil olunub.