TARİX YAZAN SƏRKƏRDƏ!

        Ulu öndər Heydər Əliyevin laiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz 27 sentyabr 2020-ci il tarixində torpaqlarımız uğrunda döyüşlərə başladı. Xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşməklə gücü-qüvvəsi birə-beş artdı. Ordumuz birinci Tərtər rayonu Suqovuşan kəndini işğaldan azad etdi.

     04-oktyabr 2020-ci ildə Cəbrayıl rayonu işğaldan azad olundu. Üç rəngli bayrağımız Cəbrayıl rayonunda dalğalandırıldı. Cəbrayıldan sonra Füzuli şəhərinin kəndləri azad olundu.

     17 oktyabr 2020-ci il tarixində isə Füzuli şəhəri işğaldan azad olundu. İlk dəfə alınan kənd və şəhərləri Ali Baş Komandan ilham Əliyev televiziya vasitəsilə xalqımızın diqqətinə çatdırırdı. 

     20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri, 25 oktyabr Qubadlı şəhəri, 25 noyabr Kəlbəcər rayonu, 1 dekabr Laçın rayonu düşmən tapdağından azad olundu. 

Bütün alınan kənd və şəhərlərdə üç rəngli bayrağımız dalğalandırıldı.

     08 noyabr 2020-ci il tarixində Qarabağın Mədəniyyət güşəsi olan Şuşa şəhəri işğaldan azad olundu.

    1918-ci ildən zəbt olunan torpaqları heç bir dövlət başçısı geri qaytara bilməmişdi bunu İlham Əliyev etdi.  Ali baş komandan tarix yazdı.

     9 noyabr " Bayraq günü" munasibətilə şanlı ordumuz 72 kəndi işğaldan azad etdi. Bunu görən Ermənistanın baş naziri Nikol Paşinyan İlham Əliyevin şərtləri ilə razılaşmalı oldu.

     10 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Rusiya Federasiyası Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan  saziş imzaladılar.

       Bu böyük siyasətçi, İlham Əliyev Azərbaycan xalqının 30 illik həsrətinə son qoydu 44 gündə zəbt olunan torpaqlarımızı geri qaytardı. Bu yeni tarixi yazan İlham Heydər oğlu Əliyevdir.

      Ulu öndər Heydər Əliyev  məktəbinin ən istedadlı yetirməsi olan İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə xalqımızın həyatına yeni nəfəs verdi. Sentyabrın 27 –dən 10 noyabr tarixinə qədər 5 şəhər, 4 qəsəbə, 286 kənd və xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildi.

     Bu şanlı tarixi qələbənin əldə edilməsi münasibətilə xalqımızı, müqəddəs ata vəsiyyətini Ulu ondərimiz Heydər Əliyevin ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı arzularını həyata keçirdən yenilməz Ali Baş Komandanımız müzəffər ordumuzu təbrik edirik. Vətən savaşında canından keçən Şəhidlərimizə Allahdan rəhmət diləyir onların müqəddəs ruhları qarşısında baş əyirik. Qələbən mübarək Azərbaycan!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi