"BİLİK GÜNÜ"
Sentyabrın 15-də məktəbin ibtidai sinif şagirdlərinin həftədə iki dəfə olmaqla əyani formada təhsillərinə start verildi. Karantin rejiminə uyğun olaraq məktəbdə müəyyən olunmuş qaydalara tam əməl olunmaqla məktəbin 1 və 2 nömrəli giriş qapılarında şagirdlərin hərarəti ölçülərək, əlləri dezinfeksiya olunaraq məktəbə buraxıldı.
Şagird sıxlığını aradan qaldırmaq məqsədilə siniflər iki qrupa bölündü.
İbtidai siniflər üzrə ilk dərs "Gigiyena qaydalarına necə əməl edirəm" mövzusuna həsr olundu. ,agirdlərə pandemiya dövründə virusdan qorunma yolları ilə bağlı söhbətlər aparıldı.
Məktəbin direktoru X.Ə.Bağırova, operativ nəzarət qrupu üzvləri və məktəblinin dostları karantin qaydalarına əməl olunmasına nəzarət etdilər. ilk dərs günündə karantin qaydalarına ciddi əməl olunmasına nəzarət etdilər.