BURAXILIŞ İMTAHANLARINDA FƏRQLƏNƏN ŞAGİRDLƏRİMİZ

2019-2020-ci tədris ilinin yekunları məktəbimiz üçün ürəkaçan oldu. Belə ki, həm 9-cu sinif şagirdləri həm də 11-ci sinif şagirdlərinin nəticələri kollektivimiz üçün uğurlara səbəb oldu.
IX sinif şagirdlərindən Ağayev Kənan Asəf oğlu- (232 bal), Baxşəliyeva Cəmalə Şakir qızı- (256 bal) və Sadıqzadə Elçin Rauf oğlu- (263 bal) toplamışdır.
XI sinif şagirdləri Talıbova Ləman Mirtalıb qızı- (291 bal), Tağızadə ləman Elşad qızı- (284) balla məktəbimizin yüksək naliyyətlərinə öz töhvəsini vermişdir.
Bu gün yüksək nəticə əldə etmiş şagirdlər məktəbə dəvət olunmuş və fərqlənən şagirdlərə attestatlar təqdim edilmişdir.
Təqdimetmə pandemiya qaydalarına tam riayət edilməklə həyata keçirildi.
Şagirdlərimizin naliyyətlərinin davamlı olması üçün müəllim -valideyn ittifaqının dahada möhkəmləndirilməsinə çalışılır. Bu nəticələr həm pedaqoji kollektivi həmdə digər şagirdlərimizi ruhlandırmağa xidmət edir.