"SON ZƏNG"

2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə onlayn şəkildə "Son zəng" təşkil olundu. Azərbaycan Respublikası Təhsil Naziri Ceyhun Bayramovun təklifinə uyğun olaraq məktəblərdə "Son zəng" tədbirləri onlayn keçirildi. Bizim məktəbimizdə bu təklifə qoşuldu və məktəbi bitirən 11-a və 11-b sinif şagirdləri onlayn "Son zəng" tədbiri keçirdilər.
Məktəbin direktoru Xoşqədəm Bağırova məzunları təbrik etdi və onların gələcəkdə vətən üçün yararlı övlad olmalarını, dövlətimizin maraqlarını qorumağı arzu etdi.
11-a və 11-b siniflərinin ibtidai sinif müəllimləri Qasımova Hicran və Əsgərova Vəfa məzunları ən səmimi arzularla təbrik etdilər.
11-a sinfinin sinif rəhbəri Tacirə Aslanova, 11-b sinfinin sinif rəhbəri Sədaqət Nuriyeva şagirdlərə abituriyent adı qazanmağı və onlara əməyi keçən insanları unutmamağı arzu etdilər. Məzunlar hazırladıqları videoçarxda öz ürək sözlərini söylədilər, şeir və mahnılar ilə çıxış etdilər. Sülh quşu olan göyərçini mavi səmada uçurtdular. Sonda 11-ci və 1-ci siniflər "Son zəngi" çaldılar.