RESPUBLİKA GÜNÜ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 28 May Respublika Gününə həsr olunmuş "Müstəqillik tariximizin şanlı səhifəsi" başlığı altında videotəqdimat müsabiqəsi keçirilmişdir.
Müsabiqədə məktəbimizin 10-cu sinif şagirdi Məmmədli Aydan Məhərrəm qızı da iştirak etmişdir.
Təqdim olunan videotəqdimatda Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi tarixi dövrdən bəhs olunmuşdur. Təqdim olunan slaydlarda Şərqdə ilk demokratik respublika olan AXC-nin qurucuları haqqında məlumatlar əks olunmuşdur.