"ƏN YAXŞI TƏQDİMAT"

Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr həsr olunmuş ümumtəhsil məktəb şagirdləri arasında "Ən yaxşı təqdimat" müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının Təhsil nazirinin 19 fevral 2020-ci il tarixli əmri imzalanmışdır.
Mövcud tibbi-proflaktik vəziyyət nəzərə alınaraq "Ən yaxşı təqdimat" müsabiqəsi video formatda təşkil olundu.
Məktəbimizdən 10-c sinif şagirdi Dadaşov Həsənrza Ələmdar oğlu bu müsabiqədə iştirak etdi.
"Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi inkişafında rolu" mövzusunda hazırladığı videoçarx üçüncü yerə layiq görüldü.