"BİZ BİRLİKDƏ GÜCLÜYÜK"
Xeyirxahlıq, rəhmdillik xalqımıza məxsus milli dəyərlərdən biridir. Bir-birinin əlindən tutmaq, ehtiyacı olana kömək əli uzatmaq çoxdan bizi səciyyələndirən dəyərli keyfiyyətlərdəndir.
Son aylarda dünyada yayılan yeni növ koronavirus Covid-19 infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdən də yan keçməmiş və bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsi zərurəti yaranmışdır. Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə təxirəsalınmaz ciddi profilaktik tədbirlər həyata keçirilir. Vətəndaşların, ayrı-ayrı sahibkarların dövlətin həyata keçirdiyi tədbirlərə dəstək verməsi, onlara əməl etməsi zəruridir.
Cənab Prezidentin “BİZ BİRLİKDƏ GÜCLÜYÜK” şüarına dəstək olaraq məktəbimizin direktoru Xoşqədəm Bağırovanın və müəllim kollektivin iştirakı ilə ümumilikdə 15 imkansız, çoxuşaqlı, tənha və yaşlı insanlara həmin deviz altında ərzaq məhsullarından ibarət bağlamalar, tibbi maska və dezinfeksiyaedici vasitələr verilib. 3 ailənin isə həm ərzaq yardımı həmdə kirayə haqqısı ödənilib.
Məktəbin direktoru Xoşqədəm Bağırova vurğulayıb ki, əgər bu gün hamı həmrəylik, birlik nümayiş etdirirsə, belə bir vaxtda ziyalı təbəqəsi bu prosesdən kənarda qalmamalıdır.