“Evdə qal təhsildən qalma” aksiyası

Nazirlər Kabinetinin Sərəncamına əsasən Koronavirus (COVİD - 19) infeksiyasının  ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə  ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində 2020-ci ilin mart ayının 3-dən təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur.

Bu qərara əsasən Təhsil Nazirliyinin təşkilatçılığı ilə Martın 11-dən start verilən teledərslər həftənin 5 günü televiziya kanallarında  yayımı davam etdirilir.

Bəşəriyyəti fəlkətə salan Koronavirus (COVİD - 19) infeksiyasından qorunmaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin apardığı “Evdə qal təhsildən qalma” aksiyasına bir məktəb olaraq bizdə qoşulmuşuq. Belə dərslərin keçirilməsində məktəbin direktoru Xoşqədəm Bağırova və müəllim kollektivi yaxından iştirak edir şagirdlərimiz təhsildən yayınmasınlar, vaxtlarını səmərəli keçirtsinlər, bütün tapşırıqları yerinə yetirsinlər deyə evdən şagirdlərlə gündəlik video görüntülərlə və qrup halında dərs keçirlər, testlər yazdırırlar. Hər bir fənn və sinif üzrə qruplar açılıb, gündəlik keçirilən dərslər evdən tədris edilir məktəb direktoru hər gün müəllimlərin keçdiyi dərsləri qruplarda izləyir, online valideynlərlə əlaqə saxlayır. Müəllimlər bu işi sevə-sevə yerinə yetirirlər. Kollektivimiz bütün orta ümumtəhsil müəssisələrini “Evdə qal təhsildən qalma” aksiyasına qoşulmağa səsləyir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi