"NARKOMANİYA ƏSRİN BƏLASIDIR"

26 fevral 2020 – ci il tarixdə məktəbdə yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyillərinin, hüquq pozuntuları və cinayətkarlıq hallarının qarşısının alınması ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə məktəbin direktoru Xoşqədəm Bağırova, Binəqədi Rayon RPI-nin Narkotiklə mübarizə bölməsinin baş əməliyyatçısı polis polkovnik leytenantı Bəxtiyar Bayramov, YYC PITS- nun baş inspektoru polis leytenantı Fizzə Məmmədova, 43 PB rəis müavini polis mayoru Ramin Səfərov və YYC-nin inspektoru Cəfər Adıgözəlov, valideynlər, şagirdlər iştirak etdilər.
Binəqədi Rayon RPI-nin Narkotiklə mübarizə bölməsinin baş əməliyyatçısı polis polkovnik leytenantı Bəxtiyar Bayramov ilk öncə Xocalı soyqrımında şəhid olan soydaşlarımızın ruhunu bir dəqiqəlik sükütla yad etdilər. O,öz çıxışında məktəblilərə zərərli vərdişlərdən qorunma, sağlam həyat tərzi yaşamının, əsrin bəlası olan narkomaniyadan necə qorunması yollarından danışdı. Şagirdlərə narkomaniya aludəçiliyinin acı həyat dərsindən bəhs edən videoçarx göstərildi. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları şagirdləri maraqlandıran sualları cavablandırdılar.