XOCALINI UNUTMADIQ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 20 fevral 2020 – ci il tarixli F – 73 nömrəli əmrinə əsasən 26 fevral tarixində ilk dərslər Xocalı soyqırımının 28 – ci ildönümünə həsr edildi.
I-ç sinfinin rəhbəri Əliyeva Nailədə ilk dərsini Xocalı soyqrımına həsr etdi. Şagirdlər bir dəqiqəlik sükütla şəhidlərimizi andılar. Sinif rəhbəri öz çıxışında şagirdlərə bildirdi ki, 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə amansız cinayətə rəvac vermiş ermənilər qəddar və qaniçən millət olduqlarını bir daha təsdiq etdilər. Məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olub, erməni terrorizmi dünyanı bu yolla "ram etməyə" çalışıb. Lakin hiyləgər və məkrli düşmən bu yolla istəyinə nail ola bilmədi, Xocalının qəhrəman və fədakar insanları düşmən qarşısında mənən sınmadılar, sonadək vuruşaraq, Vətənə sədaqət nümunəsi, rəşadət və igidlik göstərdilər.
Balaca fidanlar şeirlər səsləndirib ,səhnəciklər göstərdilər, videoçarx izlədilər.