"XOCALIYA GEDƏN YOL"

26 fevral 2020-ci il tarixdə məktəbin tarix müəllimi İlhamə İbrahimovanın təşkilatçılığı ilə Xocalı faciəsinin iyirmi səkkizinci il dönümü ilə əlaqədar "Xocalıya gedən yol" adlı tədbir keçirildi. Tədbirdə ilk öncə Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükütla yad edildi.
Tədbirdə şagirdlər Xocalı faciəsini əks etdirən səhnəciklər nümayiş etdirdilər. Daha sonra şagirdlər tərəfindən Vətənə, torpağa aid şeirlər səsləndirildi.
Tədbirin sonunda məktəbin direktoru Xoşqədəm Bağırova öz çıxışında faciə nəticəsində öldürülən, ağır yaralanan itkin düşən, girov götürülən sakinlərin statistikasından soyqırımı törədənlərin vəhşi və qeyri insani xislətindən geniş şəkildə çıxış etdi. Xocalı soyqrımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və bu hadisə yaddaşlarımızdan heç vaxt silinməyəcək.