"ANA DİLİMİZ QÜRUR MƏNBƏYİMİZDİR"

21 fevral 2020-ci il tarixdə məktəbin Azərbaycan dili müəllimi Aslanova Tacirə və 11-a sinif şagirdləri "“Beynəlxalq Ana dili günü” münasibətilə "Ana dilimiz qürur mənbəyimizdir" mövzusunda ədəbi- bədii tədbir keçirdib. Tədbirdə direktor, direktor müavinləri və şagirdlər iştirak ediblər. Tədbir dövlət himni ilə açıq elan olunub. Tədbirdə şagirdlər səhnəciklər nümayiş etdirib, şeirlər soyləyib, musiqi ifa ediblər. Heydər Əliyevin Ana dili haqqında dediyi müdrik ifadələr şagirdərin dilindən söylənilib, video çarxlar göstərilib.
Sonda söz üçün məktəbin direktoru Xoşqədəm Bağırovaya verilib. O, çıxışında bütün sahələrdə olduğu kimi ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. 2001-ci ildə imzaladığı fərmana əsasən avqustun 1- respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olunub. Bu gündə əsası ulu öndər tərəfindən qoyulan Ana dilinin inkişafına və qorunmasına yönələn dövlət strategiyasının Prezident cənab İlham Əliyev uğurla davam etdirir.
Məktəbimizdə müxtəlif tarixi hadisələrin,əlamətdar günlərin, milli bayramların qeyd edilməsi ənənə şəklini alıb. Belə ki, fevral ayının ilk həftəsində şagirdlər arasında nominasiyalar üzrə müsabiqələr, "Ana dilim şirindir", "Ana dilim qürur mənbəyimizdir" mövzularında sorğu, "Dəyirmi masa", inşa yazı yarışmaları keçirilmişdir.