"DƏYƏRLƏRİMİZ SƏRVƏTİMİZDİR"
Yanvar ayında Pətək İB-nin əməkdaşları Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən " "Dəyərlərimizlə gələcəyimizi qoruyaq" layihəsi çərçivəsində məktəbimizdə qonaq oldular. Valideynlərin iştirakı ilə keçirilən görüş "Əməkdar müəllim", "İlin müəllimi" kimi titullara layiq görülən mühazirəçi Səbinə Rəsulova və “Pətək” İB-də “Valideyn klubu”nun sədri Sevinc Quliyevanın təqdimatı ilə keçirildi. Valideynlərə ”Dəyərlərimizin gələcək nəsillərə ötürülməsində ailənin rolu” mövzusunda təqdimat keçirildi.
Görüşdə məqsəd məktəblərdə layihə çərçivəsində keçirilən təqdimatlarda iştirak edən şagirdlərin valideynlərini də eyni “Ədəb, əxlaq, sevgi, vəfa, həya nədir?” mövzusunda maarifləndirmək və birlikdə bu dəyərləri onların övladlarına, yetişməkdə olan yeni nəslə aşılamaq idi.
30-a yaxın ananın iştirak etdiyi görüş olduqca maraqlı keçdi.Təqdimatda “Gün gələcək”adlı videoçarx izlənildi. Hətta bu videonu izləyən bəzi analar göz yaşlarını belə saxlaya bilmədilər. Valideynlər də eyni zamanda onları narahat edən sualları qonaqlara ünvanladılar. Görüş çox səmimi ab-havada isti çay süfrəsi arxasında keçdi. Valideynlər belə görüşlərin davamlı keçirilməsini arzuladılar. Sonda qonaqlar bu görüşü təşkil etdiyinə görə Xoşqədəm Bağırovaya, müəllimlərə, görüşdə iştirak edən valideynlərə öz təşəkkürlərini bildirdilər.