SİNİF TƏŞKİLAT SAATI

    Yanvarın 17-də  məktəbimizdə 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş sinif təşkilat saatları keçirilib.

    Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Dərsləri tədris edən müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açıblar. Eləcə də 20 Yanvar hadisələrinin nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olunub. Balaca fidanlar şəhidlərimizin ruhuna şeirlər səsləndirib, divar qəzetləri nümayiş etdiriblər.

    Həmçinin Tədbirlər Planına əsasən məktəbimizdə  20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiyalar “Dəyirmi masa”lar keçirilib.

    Eyni zamanda şagidlərimiz və pedaqoji kollektivin Şəhidlər xiyabanına ziyarəti davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi