YANĞINDAN MÜHAFİZƏ TƏDBİRLƏRİNƏ DAİR MAARİFLƏNDİRMƏ
15 yanvar 2020-ci il tarixində FHN-nin nümayəndələri Elvin İbrahimli və Elxan Əmirxanovun iştirakı ilə yanğından mühafizə tədbirlərinə dair maarifləndirmə-təbliğat xarakterli yığıncaq keçirilmişdir. Yığıncaqda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, müəllimlər və 30 nəfər şagird iştirak etmişdir.
Şagirdlərə yanğının qarşısının alınması qaydalarını və işlədilən alətlərdən necə istifadə etmək qaydalarını təbliğ etdilər.