ŞƏHİDLƏR XİYABANINA ZİYARƏT

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq , məktəbin V-X sinif şagirdlərinin Şəhidlər xiyabanına ziyarəti təşkil olundu. Şagirdlər xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarı üzərinə tər qərənfillər düzdülər. Məktəbimizin adını daşıyan Rövşən İmanovun qəbrini ziyarət etdilər, seirlər söylədilər.

Məktəbimizin tarix müəllimi Əliyeva Bilurə çıxış edərək bildirdi ki, 20 Yanvar Azərbaycan xalqının azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şanlı səhifələrindən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun Bakıya yeridilmiş böyük kontingenti amansız cinayətlər və kütləvi qırğınlar törətdi. Milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 mülki şəxs qətlə yetirildi, 744 günahsız insan yaralandı, yüzlərlə şəxs itkin düşdü, yaxud qanunsuz həbs edildi.

Lakin sovet rəhbərliyinin xalqın iradəsini, milli azadlıq hərəkatını qan gölündə boğmaq niyyəti baş tutmadı. Bu yolda ilk şəhidlərini verən xalqımız mübarizəni davam etdirərək sonda müstəqilliyə qovuşdu. Həmin dövrdə Azərbaycan ətrafında yaranmış informasiya blokadasını ümummilli lider Heydər Əliyevin sayəsində aradan qaldırmaq mümkün oldu. Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi qəlblərdə yaşayır və daim yaşayacaq. 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra verildi. Eyni zamanda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinə və hadisələr zamanı əlil olanlara qayğının artırılması ilə bağlı mühüm addımlar atıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi