DİREKTORYANI İCLAS
18 dekabr 2019-cu il tarixdə məktəb rəhbərliyinin iştirakı ilə iclas keçirildi.İclas zamanı məktəbin direktoru X.Ə.Bağırova Bakı Şəhər üzrə Təhsil İdarəsinin əmrinə əsasən “İctimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması və informasiya mübadiləsinin təmin olunması” barədə geniş məlumatı məktəb kollektivinin nəzərinə çatdırdı. Məktəbin direktoru X.Ə.Bağırova məktəb saytının monitorinqinin aparılması və aşkar olunan nöqsanların aradan qaldırılmasına tapşırıq verdi. Bundan əlavə məktəb üzrə spikerlər, sayt üçün məlumatların hazırlanması və redaktəsi üzrə işçi qrupların məktəb saytını və elektron poçtu idarə edən şəxslər müəyyən edilərək tapşırıq verildi