DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏ

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində təhsil alan zəif təlim nəticəli şagirdlərin müəyyənləşdirilməsi və həmin şagirdlərlə məqsədyönlü işin təşkili ilə əlaqədar 14 dekabr 2019-cu il tarixində məktəbdə IX sinif şagirdlərinin  növbəti diaqnostik qiymətləndirilməsi keçirildi.

    Qiymətləndirmə buraxılış fənləri (tədris dili, riyaziyyat, ingilis dili) üzrə  keçirilib. IX sinifdə 134 şagirdin hər biri diaqnostik qiymətləndirmədə iştirak edib. 

    Qiymətləndirmənin şəffaf və təlimata uyğun keçirilməsini məktəb rəhbəri Xoşqədəm Bağırova hər bir sinif üzrə məsul şəxslər, həmçinin qeyri fənn müəllimlərindən ibarət nəzarətçilər təyin etdi.  Məlumat üçün bildirək ki, 14 dekabr tarixində keçirilmiş diaqnostik qiymətləndirmənin nəticələri  yaxın günlərdə elan olunacaq. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi