"BULLİNQ İLƏ MÜBARİZƏ" MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SEMİNAR

        Məktəbimizdə  sinif şagirdləri arasında "Bullinq ilə mübarizə" mövzusunda maarifləndirici seminar keçirildi. Seminarda bullinqin mahiyyəti, ondan xilasolma yolları, bullinq ilə mübarizə mövzusunda şagirdlərə məlumat verildi. Bullinqə həsr olunmuş “Mənimlə danış” videoçarxı nümayiş etdirildi. Sonda şagirdlərlə müzakirələr aparıldı, bullinqə qarşı mübarizə yolları araşdırıldı. Seminarı təşkil etməkdə əsas məqsəd məktəbimizdə sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir. Seminarda direktor müavini Vüsalə Rəcəbova , Uşaq Birliyi Rəhbəri Şükürova Günay və psixoloq Zülfiyyə Məsimova iştirak etdilər.

         Bundan əlavə məktəbdə bulliqin qarşısını almaq məqsədilə anonim qutu təşkil olunub, şagirdlər öz şikayət və təkliflərini anonim olaraq məktub şəklində yazaraq öz fikirlərini bildirirlər. Hər həftənin sonu qutu direktor müavini tərəfindən açılaraq direktora təqdim edilir və rəhbərlik tərəfindən oxunub  müzakirəsi aparılaraq şikayət və təkliflərinin nəticəsi çıxarılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi