"DƏYƏRLƏRİMİZ SƏRVƏTİMİZDİR"

    04 dekabr  2019-cu il tarixində  Pətək İB-nin əməkdaşları Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirtdikləri "Dəyərlərimizlə gələcəyimizi qoruyaq" layihəsi çərçivəsində məktəbimizdə qonaq oldular. 50 məktəblinin iştirak etdiyi təqdimat çox maraqlı keçdi. Şagirdlər “Bəs layihəyə qatılmaq üçün nə edək?” deyə  ünvanladığı suallara qonaqlar  böyük həvəslə cavablandırdılar. Tədbirdə bir qrup oğlan və qız arasında "Ədəb, əxlaq, sevgi, vəfa, həya nədir?” mövzusunda diskusiya-yarışma keçirildi. Yarışma zamanı şagirdlərin məntiqli və ağıllı cavabları təqdimatı daha maraqlı və canlı etdi. Məktəblilərin baxışlarındakı sevinc və maraq qığılcımlarında layihəyə qatılmaq həvəsi hiss olunurdu.

    Milli- mənəvi dəyərlərimizə əsaslanan "Dəyərlərimizlə gələcəyimizi qoruyaq" layihəsi çərçivəsində onları dinləyən şagirdlər nə vaxtsa, gələcəkdə milli –mənəvi dəyərlərə malik əsl azərbaycanlı vətənpərvər övladı kimi böyüyəcək və əməlləri ilə cəmiyyətimizə öz töhfəsini verəcək.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi