Məktəbimizin fəal şagirdləri "Kenquru" beynəlxalq riyaziyyat olimpiadasında iştirak etdiklərinə görə sertifikatlarla təltif olunublar.
Eləcə də 10 B sinif şagirdi İsmayıl Abbaszadə II yerə layiq görüldüyünə görə diplomla təltif olunub.
Şagirdlərimizi təbrik edir, hər zaman xoş sədalarını eşitməyi diləyirik!
Məktəbin 10 C sinif şagirdi Nicat Məmmədzadə "Hippo" 11-ci Beynəlxalq İngilis dili olimpiadasında B2 səviyyəsi üzrə IV kateqoriyada, yarımfinal turunda iştirakına görə sertifikatla təltif olunub.
Nicatı təbrik edir,daha yüksək nailiyyətlər arzulayırıq