"Breyn-Rinq" psixo-intellektual yarışı keçirildi

    14.02.2024-cü il tarixində fəaliyyət planına əsas tutularaq məktəbin psixoloqu Fərqanə Əliyevanın təşkilatçılığı ilə VIII, IX, X və XI siniflər arasında "Breyn-Rinq" psixo-intellektual yarışı keçirildi. Yarışın keçirilməsində məqsəd şagirdlərdə motivasiyanın yaradılması, onların psixo-emosional vəziyyətinin yaxşılaşdırılmasından ibarətdir. Yarışmaya Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıldı. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edildi.

Komandalar VIII sinif “Təfəkkür”, IX sinif "Optimist" X sinif "Diqqət " və XI sinif "Empatiya" adları başlığı altında mübarizə apardılar.

Yarış 5 mərhələdən ibarət idi.

I mərhələ -"Pazllar"da 10 dəqiqə vaxt ərzində şagirdlər onlara verilən 36 hissədən ibarət olan pazlları yığdılar.

II mərhələdə Azərbaycan kinosundan epizodlar göstərildi. Komandalar hansı film olduğunu 1 dəqiqə ərzində tapıb münsiflərə təqdim etdilər.

III mərhələ "Viktorina"da - komandalara suallar verildi, komanda üzvləri 1 dəqiqə ərzində cavabı tapıb münsiflərə təqdim etdilər.

IV mərhələdə komandalara eyni anda 1 dəqiqə ərzində 10 tamamlanmamış "Atalar sözləri və hikmətli sözlər" təqdim olundu. Komandalar həmin atalar sözlərini tamamlayıb münsiflərə təqdim etdilər.

V mərhələdə 15 şaquli və 15 üfüqi şəkildə çəkilmiş "Anaqram" təqdim olundu və şagirdlərdən 90 saniyə ərzində tapşırığı həll etmələri bildirildi. Həyəcanlı, gərgin, maraqlı yarışın sonunda “Empatiya" komandası qalib gəldi və şagirdlər məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova tərəfindən sertifikatlarla mükafatlandırıldı.

    Sonda Əzizə müəllimə yarışda iştirak edən lakin qalib olmayan komandalara ruhdan düşməməyə, həyatda daima uğur qazanmalarını eyni zamanda qarşıdan gələn imtahanlarda uğur qazanmalarını arzuladı.

#BreynRinq #psixointellektual

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi