HAQQIMIZDA

203 nömrəli tam orta məktəb Azərbaycan Respublikasının Milli qəhrəmanı Riad Əhmədovun adını daşıyır.

Məktəb 1938-ci ildən fəaliyyət göstərir. 2011-ci ildə məktəb Təhsil Nazirliyi tərəfindən əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilmişdir. Hazırda məktəbdə 35 sinifdə 821 şagird təhsil alır. Məktəbdə tədris 6 gün olmaqla iki növbədə işləyir. Məktəbimizdə tədris Azərbaycan və rus dillərində aparılır. Təhsil ocağında müəllim-şagird nisbəti 1/15-dir. Şagirdlərin təlim və tərbiyəsi ilə 54 müəllim məşğul olur. Müəllimlər arasında təcrübəli, peşəkar, öz fənnini sevən, müəllim sənətinin vurğunu olanlar çoxluq təşkil edir. 

Məktəb müəllimləri tədris zamanı "Ağıllı lövhədən", "Elektron dərslikdən", İKT-dən səmərəli istifadə edirlər ki, bu da tədrisin keyfiyyətinin yüksəldilməsində və mənimsənilməsində böyük rol oynayır.

2021-2022-ci tədris ilindən etibarən məktəbdə V-VIII siniflərdə STEAM dərsləri tədris olunur. Son illərdə dünya təhsil sistemində ən mühüm trendlərdən biri kimi aktuallıq qazanan STEAM-təhsil müasir təhsil fenomeni kimi şagirdlərdə yüksək səviyyəli düşüncəni inkişaf etdirmək və əldə olunmuş biliklərin layihə təlimi vasitəsilə təbii elmlər, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi fənlərdə səmərəli tətbiqinə nail olmaqdır. Məktəbdə STEAM şagirdlərə kommunikasiya, komandada işləmək, kritik və yaradıcı düşüncəni tətbiq etmək kimi XXI əsr bacarıqlarından istifadə olunmaqla yaradıcı öyrənməni təmin edir.

Dövlət İmtahan Mərkəzinin statistik məlumatlarına görə məktəbimizin məzunlarının ali məktəblərə qəbul göstəriciləri ildən-ilə yüksəlir.

Gənc nəslin müasir tələblərə cavab verən elmli, geniş dünyagörüşlü şəxslər kimi yetişdirilməsində vətənpərvərlik, ümumbəşəri dəyərlərə əsaslanan milli qürur, etik və estetik tərbiyənin təşkilində sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsinə geniş yer verilir. İl boyu davam edən müxtəlif məzmunlu müsabiqə, yarış və debatlar şagirdlərimizin şəxsiyyət kimi yetişməsində mühüm rol oynayır. Bunlara məktəblilərin sevə-sevə iştirak etdikləri Respublika olimpiadaları, fənn olimpiadaları, Kiçik akademiya, inşa yazı, müxtəlif fənn tədbirləri, ən yaxşı divar qəzeti, mini elmi-tədqiqat işləri, şeir, rəsm, musiqi müsabiqələrini nümunə gətirmək olar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi