Kiçik Akademiya

Dəmir Yumruq7A sinif şagirdlərinin STEAM dərsində TinkerCad proqramı vasitəsi ilə hazırladığı "Dəmir Yumruq" madelinin 3D printerdə çapı

Ətraflı

Təbiətimizi tanıyaq!24 mayda Microsoft Teams platforması üzərindən Kiçik Akademiyanın Təbiət şöbəsinin təşkilatçılığı ilə məktəbimizin biologiya müəllimi Fərzəliyeva Turanə " 22 May - Beynəlxalq biomüxtəliflik günü" münasibətilə "Təbiətimizi tanıyaq!" adlı tədbir keçirdi.Tədbiri giriş sözü ilə məktəbimin direktoru Nailə Əhmədova açdı. O tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycan təbiətinin gözəllikləri haqqında maraqlı məlumatlar verdi.Daha sonra Kiçik Akademiyanın üzvü olan şagirdlər öz təqdimatlarını nümayiş etdirdilər . Onlar öz apardıqları tədqiqatlar nəticəsində bir daha sübut etdilər ki, Azərbaycan təbiəti necədə gözəl və zəngindir.Kicik Akademiyanın üzvləri bildirdilər ki, son illər bəşəriyyəti narahat edən problemlərdən biri dünyada ekoloji gərginliyin artmasıdır. Bu baxımdan 2009 - cu il dekabr ayının 7- də BMT Danimarkanın Kopenhagen şəhərində biomüxtəlifliyin mühafizəsi və Qlobal İstiləşmə ilə bağlı "İqlim" sammiti keçirilmişdir. Kopenhagen sammitində 2010- cu il "Beynəlxalq biomüxtəliflik ili" elan olunmuşdur. Hər il mayın 22- si biomüxtəliflik günü kimi respublikamızda da qeyd olunur. Şagirdlərin çıxışından sonra Turanə Fərzəliyeva qeyd etdi ki, Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı Azərbaycan Respublikasının Prezidentinin 2006 - ci il 24 mart tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

Ətraflı

Tarix yazan sərkərdə İlham Əliyev2020-ci il Azərbaycan Tarixinə «Şanlı Zəfər» kimi yazıldı. Prezident İlham Əliyev xalqa rəhbərlik etdiyi dövrdən bu günə qədər uğurlu siyasəti ilə Azərbaycanı günü-gündən inkişaf etdirməklə, dünya ölkələri sırasında mühüm yer tutmuşdur. 2020-ci il dönəmində 30 il erməni işğalı altında saxlanılan torpaqlarımızı qısa müddətdə azad etdik. Və Müzəffər Ordumuz,eləcə də,ən əsası Müzəffər Ali Baş Komandan , cənab Prezident İlham Əliyev tarix yazdı. Bu münasibətlə "Tarix Yazan Sərkərdə İlham Əliyev" adlı tədbir keçirildi. Tədbirdə şagirdlərə maarifləndirici məlumatlar verildi. Şagirdlər hazırladıqları videotəqdimatları nümayiş etdirdilər. Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətindən bəhs edildi. Konfransın sonunda təşkilatçılara, və fəallıqlarını nümayiş etdirən hər bir şagirdə xüsusi təşəkkür edildi. Biz bu gün əminliklə deyə bilərik ki,dövlətimiz,Vətənimiz üçün,vətənpərvər, milli ruhda gənclər yetişir.

Ətraflı
HAQQIMIZDA

203 nömrəli tam orta məktəb Azərbaycan Respublikasının Milli qəhrəmanı Riad Əhmədovun adını daş...

BİZİM FƏXRLƏRİMİZ

Aydan Zəkiyeva Qabil

Maksim Medvedev Borisoviç

HAQQIMIZDA

203 nömrəli tam orta məktəb Azərbaycan Respublikasının Milli qəhrəmanı Riad Əhmədovun adını daş...

BİZİM FƏXRLƏRİMİZ

Aydan Zəkiyeva Qabil

Maksim Medvedev Borisoviç

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi