VALİDEYN İCLASI KEÇİRİLDİ

    3 fevral 2024-cü ildə məktəbimizdə məktəb rəhbərliyi, psixoloq və fənn müəllimlərinin iştirakı ilə valideyn iclası keçirildi. Direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova İclaslada şagirdlərin I yarımil üzrə yekun nəticələri valideynlərə çatdırdı. Daha sonra iclasda aşağıda qeyd olunan məsələlər valideynlərlə (məktəbdə sağlam pedaqoji mühitin formalaşması və yarana bilən bəzi xoşagəlməz halların qarşısının alınması) müzakirə olundu.

1.Valideyn məsuliyyətinin artırılması.

2.Şagirdllərin qadağan olunmuş əşyaları məktəbə

gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi.

3.Ümumi təhsil müəssisələrində valideynlərlə işin artırılması

4.Müvafiq dövlət qurumları ilə birlikdə təhlükə doğuracaq halların qarşısının alınması və s.

İclas zamanı şagirdlərin dərsə davamiyyəti, nizam-intizam məsələləri də müzakirə olundu. Valideynlərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırıldı.

    Valideyn iclaslarının keçirilməsində əsas məqsəd valideynlərin məktəb həyatında fəal iştirakını təmin etmək, habelə məktəb-valideyn əlaqələrini gücləndirməkdir.

#Valideynİclası

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi