Sinif Rəhbərləri ilə İclas Keçirildi

 

    Fevralın 1-də sinif rəhbərlərilə növbəti iclas keçirildi. İclası açıq elan edən məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova II yarımildə qarşıda duran vəzifələri iclas iştirakçılarına bildirildi.Təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi, məktəb psixoloqunun onlarla apardığı işin gücləndirilməsi, təhlükəsizliyi təmin etmək üçün nəzarətin, növbətçiliyin gücləndirilməsi, şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi, müəllimlər və şagirdlərlə psixoloji maaarifləndirmə işinin gücləndirilməsi, valideynlərlə işin artırılması, sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması və etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirmə tədbirlərinin tətbiq olunması, fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərin keçirilməsi sinif rəhərlərinin diqqətinə çatdırıldı.

    Sonda direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova sinif rəhbərlərinə daha əzmlə, daha məsuliyyətlə fəaliyyət göstərmələri üçün öz tapşırığını verdi.

#SinifRəhbərləriləİclas

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi