PEDAQOJİ ŞURA KEÇİRİLDİ

 

    Yanvarın 31-də Pedaqoji Şuranın iş planına uyğun olaraq növbəti iclası keçirildi. İclası açıq elan edən məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova I yarımilin yekunlarına dair hesabat və II yarımildə qarşıda duran vəzifələri iclas iştirakçılarına bildirildi.Təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi, məktəb psixoloqunun onlarla apardığı işin gücləndirilməsi, təhlükəsizliyi təmin etmək üçün nəzarətin, növbətçiliyin gücləndirilməsi, şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi, müəllimlər və şagirdlərlə psixoloji maaarifləndirmə işinin gücləndirilməsi, valideynlərlə işin artırılması, sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması və etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirmə tədbirlərinin tətbiq olunması, fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərin keçirilməsi iclas iştirakçılarının diqqətinə çatdırıldı.Hesabatdan sonra təhsilin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər, dərsə davamiyyət, keçirilmiş monitorinqlərin nəticələri haqqında müzakirələr aparıldı, müəllimlərə müəyyən tövsiyələr verildi. IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq müzakirə olundu.

    Sonda direktor vəzifəsini müvəqqəti icra edən Əzizə Kərimova pedaqoji şuranın üzvlərinə daha əzmlə, daha məsuliyyətlə fəaliyyət göstərmələri üçün öz məsləhətlərini verdi.

#PedaqojiŞuraİclası

#203məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi