Birinci Pedaqoji Şura – 2025/2026-cı tədris ili

Birinci Pedaqoji Şura – 2025/2026-cı tədris ili

Məktəbimizdə yeni dərs ilinin başlanması ilə əlaqədar ilk pedaqoji şura iclası keçirildi.

Toplantı Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Məktəb rəhbərliyi pedaqoji heyəti təbrik etdi, “Sentyabr Konfransı”ndan irəli gələn tapşırıq və tövsiyələri müəllimlərin diqqətinə çatdırdı, qarşıdakı ilin hədəf və vəzifələrini açıqladı.

İclasda 2024–2025-ci tədris ilinin nəticələri, dərs bölgüsü, monitorinq və buraxılış imtahanlarının təhlili, şagird qəbulu, nizam-intizam qaydaları, müəllim və inzibati heyətin vəzifə bölgüsü, eləcə də etik davranış və təhlükəsizlik məsələləri müzakirə olundu.

Məktəbə yeni təyin olunan metodist Nahidə Əzizova və yeni müəllimlər pedaqoji kollektivə təqdim edildi.

Yeni dərs ili üçün əsas hədəf – tədris keyfiyyətinin artırılması, pedaqoji əməkdaşlığın gücləndirilməsi və innovativ yanaşmaların tətbiqi olaraq müəyyənləşdirildi.
Bütün müəllimlərimizə uğurlu tədris ili arzulayırıq.

#PedaqojiŞura #YeniDərsİli #Məktəb #Təhsil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi