HAQQIMIZDA

Bakı şəhəri Alı Mustafayev adına 202№li tam orta məktəb Nərimanov rayonunda yerləşir.Məktəb 1937-ci ildə inşa edilib,1947-ci ildən orta məktəb kimi fəaliyyət göstərir.Məktəb 750 yerlikdir,I növbəlidir,5 günlük iş həftəsi ilə fəaliyyət göstərir.Məktəb 1 korpuslu,4 mərtəbə və geniş həyətyanı sahədən ibarətdir. Məktəbdə tam avadanlıqlarla təchiz olunmuş bufet,akt zalı,zəngin kitabxana və oxu zalı,2 informatika otağı,kimya,fizika,biologiya kabinetləri,təchiz olunmuş laboratoriyalar,2 ingilis dili otağı,hərbi otağı və 20 sinif otağı var. Məktəbi digər məktəblərdən fərqləndirən əsas müsbət xüsusiyyətlərdən biridə yüksək nizam-intizam,savadlı kadr potensialı,keyfiyyətli təlimin olmasıdır. 2012-ci ildə 202№li tam orta məktəb əsaslı təmir edilmişdir.Mərkəzləşdirilmiş qaydada yeni istilik sistemi quraşdırılmış və müasir təlim avadanlıqlarıyla təmin edilmişdir. Müəllimlərin sayı - 70 nəfər(onlardan;ali təhsilli -64 nəfər,orta ixtisas təhsilli - 6 nəfər). Şagirdlərin sayı - 543 nəfərdir. Son 3 ildə məktəbimiz bir neçə uğura imza atmışdır. Məktəbdə "İlin ən yaxşı fənn müəllimi", "Qabaqcıl Təhsil İşçisi" döş nişanı," Tərəqqi" medalı ilə təltif olunmuş müəllimlər fəaliyyət göstərir. Belə ki,Təhsil Nazirliyi tərəfindən keçirilən "İlin ən yaxşı fənn müəllimi" müsabiqəsində məktəbimizin dil-ədəbiyyat müəlliməsi Xəlilova Gülşən Cəlal qızı bu müsabiqədə iştirak etmiş və müsabiqənin qalibi olmuşdur.Məktəbin riyaziyyat-informatika müəllimi Əliyev Cavanşir Əli oğlu Təhsil Nazirliyi 2014-cü il 25 sentyabr tarixli 11/1109 əmri ilə Azərbaycan Respublikasının "Qabaqcıl Təhsil İşçisi" döş nişanı ilə təltif edilmişdir. Eyni zamanda ali məktəbə qəbul sahəsində də yüksək nəticələr əldə etmişik.Belə ki,2014-cü ildə XI sinfi bitirmiş şagirdlərimizdən 3 nəfəri 500 baldan yuxarı,4 nəfəri isə 600 baldan yuxarı nəticə göstərərək ali təhsil müəssisələrinə daxil olmuşlar.Sevindirici haldır ki,Vəliyeva Nigar Əli qızı 650-dən yuxarı bal toplayaraq respublikamızda öz dəsti xətti ilə tanınan ADA Universitetinə daxil olmuşdur. İdman və digər sahələrdə də çoxlu uğurlar əldə etmişik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi