Kiçik Akademiya

Kiçik Akademiyanın üzvü olan şagirdimiz bu təqdimatına görə "Tərifnamə" ilə təltif olundu.26 may tarixində Nərimanov rayonu üzrə təhsil müəssisələrində fəaliyyət göstərən Kiçik Akademiyanın hesabat konfransı keçirildi. Konfransda şagirdlər öz təqdimatları ilə çıxış etdilər. Məktəbimizi təmsil edən Nəzrin Mirzəyeva "Azərbaycan Səlcuq İmperiyasının tərkibində" mövzusunda apardığı tədqiqatının təqdimatını etdi. Kiçik Akademiyanın üzvü olan şagirdimiz bu təqdimatına görə "Tərifnamə" ilə təltif olundu. Şagirdimizi təbrik edirik

Ətraflı

“KİÇİK AKADEMİYA“ HAQQİNDA ÜMUMİ MƏLUMATMəktəbdə “Kiçik Akademiya” 2018-ci il tarixində fəaliyyətə başlayıb. Məktəbdə “Kiçik Akademiya” çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat, texniki bölmələr fəaliyyət göstərir. Bölmələr öz növbəsində kafedralara ayrılıb. Məsələn, humanitar bölməsində Azərbaycan dili, mütaliə sevərlər, hərbi vətənpərvərlik, tarix kafedraları mövcuddur. Məktəbdə yaradılmış “Kiçik Akademiya”nın məqsədləri aşağıdakılardır: • Şagirdlərin özünütəsdiqi və inkişafını təmin etmək; • Elmi-tədqiqat işi aparmağın yollarını öyrətmək; • Tədqiqat işinə maraq hissi aşılamaq; • Şagirdlərə öz bacarıqlarını nümayiş etdirmək imkanını vermək. Elmi işlərin mövzuları rəngarəngdir. Yeni tədris ilindən başlayaraq məktəbdə “Kiçik Akademiya” çərçivəsində zəruri işlər həyata keçirilib. Belə ki, “Kiçik Akademiya”nın fəaliyyət planı hazırlanaraq təsdiq edilib. VII, VIII, IX, X sinif şagirdlərinin meyl və maraqları nəzərə alınmaqla “Kiçik Akademiya”nın müəyyən bölmələri üzrə üzvlüyə qəbul edilib. “Kiçik Akademiya”nın fəaliyyət planına əsasən, hər kafedranın öz aylıqları keçirilib. Aylıqlar çərçivəsində şagirdlərin kiçik elmi tədqiqat işlərinin təqdimatları, tarixi əlamətdar günlər və yubileylərlə bağlı müsabiqə və viktorina, elmi-təcrübi konfrans, dəyirmi masalar, görüşlər təşkil olunub. “Kiçik Akademiya”nın şagirdləri müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə məruzə, referat və hesabatlar hazırlayıblar. Məktəbin Kiçik Akademiyası qarşıda duran məsələlərə çatmaq üçün elmin təbliği, elmlə təhsilin vəhdətinin yaradılması istiqamətində reallaşdırılan layihələr həyata keçirir və çərçivədə işlərin genişləndirilməsini planlaşdırır.

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri Alı Mustafayev adına 202№li tam orta məktəb Nərimanov rayonunda yerləşir.Məktəb 1937-ci ildə inşa edilib,1947-ci ildən orta məktəb kimi fəaliyyət göstərir.Məktəb 750 yerlikdir,I növbəlidir,5 günlük iş həftəsi ilə fəal...

BİZİM FƏXRLƏRİMİZ

Arif Şirinov Həmzə

Səbirə Paşayeva

HAQQIMIZDA

Bakı şəhəri Alı Mustafayev adına 202№li tam orta məktəb Nərimanov rayonunda yerləşir.Məktəb 1937-ci ildə inşa edilib,1947-ci ildən orta məktəb kimi fəaliyyət göstərir.Məktəb 750 yerlikdir,I növbəlidir,5 günlük iş həftəsi ilə fəal...

BİZİM FƏXRLƏRİMİZ

Arif Şirinov Həmzə

Səbirə Paşayeva

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi