FƏXRİMİZ

   

Mustafayev Alı Mustafa oğlu 14 aprel 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində doğulmuşdur. 1959-cu ildə Qazaxbəyli kənd səkkizillik məktəbinə getmiş, 1969-cu ildə Daş Salahlı kənd orta məktəbini bitirmişdir. 1971-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 1973-cü ildə əsgəri xidmətini başa vurmuşdur. Alı Mustafayev 1976-cı ildə zavod həmkarlar təşkilatının və zavod rəhbərliyinin göndərişilə ADU-nun (indiki Bakı Dövlət Universiteti - red.) jurnalistika fakültəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub, Azərbaycan Dövlət Teleradio Şirkətinin “Xəbərlər” proqramında jurnalist kimi fəaliyyətə başlayır. Çox keçmir ki, “İlin ən yaxşı jurnalisti”, “Qızıl qələm” mükafatlarına layiq görülür. O, işləyə-işləyə təhsilini davam etdirərək Bakı Ali Partiya Məktəbini də bitirir. 

    20 noyabr 1991-ci il... Tuğ, Xocavənd, Qaradağlı kəndlərində törədilən faciələrlə yerində tanış olmaq üçün gedən hökumət nümayəndələrini aparan hərbi vertolyot erməni terrorçuları tərəfindən Qarakənd kəndi yaxınlığında vuruldu. Nəticədə 23 nəfər sayseçmə insan faciəli surətdə həlak oldu. Alı Mustafayev də onların arasında idi.
    Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Alı Mustafa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.  O, adına layiq Azərbaycanın  oğlu kimi əbədi olaraq şəhidlik zirvəsinə ucalaraq xalqımızın qəlbində daim yaşayacaqdır.

    1992-ci ildən etibarən məktəb Milli Qəhrəman Alı Mustafayevin adını daşıyır.  Şəhidin məktəbdə yaradılmış xatirə guşəsinin qarşısında həmişə tər çiçəklər olur. Hər il  şəhidin doğum günündə məktəbin şagirdləri şəhidin xatirəsini anmaq üçün guşənin qarşısına toplaşır, müxtəlif kompazisiyalar göstərərək, şeirlər söyləyirlər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi