Yeni dərs ilinə hazırlıq görüşü

Yeni dərs ilinə hazırlıq görüşü

Dərs ilinin əvvəlində təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbin metodbirləşmə sədrləri ilə görüş keçirdi. Görüşdə tədris prosesinin səmərəliliyinin artırılması, müəllimlərin fəaliyyətində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, metodik işin keyfiyyətinin yüksəldilməsi və yeni dərs ili üçün prioritet istiqamətlər müzakirə olundu.

  •  Şagirdlərin bilik, bacarıq və vərdişlərinin inkişafına yönəlmiş metodik dəstəyin əhəmiyyəti;
  •  Təlim prosesində inklüzivlik və fərdi yanaşmanın təmin olunması;
  •  Fənn aylıqları, açıq dərslər və monitorinqlərin planlaşdırılması;
  •  Müəllimlərin peşəkarlığının artırılması üçün nəzərdə tutulan fəaliyyətlər — görüşün əsas müzakirə mövzuları oldu.

Bu kimi görüşlər həm müəllimlər, həm də şagirdlər üçün uğurlu bir tədris mühitinin formalaşdırılmasında mühüm rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi