Yeni biliklər – yeni imkanlar

Yeni biliklər – yeni imkanlar
Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Müasir Metodist” layihəsi çərçivəsində təşkil olunan təlimlər uğurla yekunlaşdı. Layihənin əsas məqsədi metodistlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi, müasir pedaqoji yanaşmalar və tədris prosesinin təşkilinə dair biliklərinin artırılmasıdır.
Təlimlər müddətində iştirakçılar interaktiv sessiyalar, qrup işləri və praktiki məşğələlər vasitəsilə yeni bilik və bacarıqlar qazanaraq, həm də təcrübə mübadiləsi aparıblar.
Sevindirici haldır ki, bu layihə üzrə məktəbimizin müəllimi Nahidə Əzizova uğur qazanaraq məktəbimizdə metodist kimi fəaliyyətə başlayacaq. Onun əldə etdiyi bilik və bacarıqlar tədrisin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəkdir.
Uğurlar arzulayırıq!