Uğurlarımız davam edir
"Bakı-2019" Avropa Gənclər Olimpiya Festivalının tərkib hissəsi olan Olimpiya Mədəniyyəti və Təhsil Proqramı OCEP 2019 layihəsi çərçivəsində İspaniya ilə əməkdaşlıq edən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin “olimpiyaçıları” ilk böyük idman festivalında qələbə qazanıblar.
“Zəfər günləri” layihəsi çərçivəsində təşkil olunan tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri Ceyhun Bayramov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, qurumun baş katibi Ağacan Abiyev, baş katibin müavini Azər Əliyev və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.