UNEC nümayəndələri ilə şagirdlərin maarifləndirici görüşü

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi münasibətilə A.Hüseynzadə adına 20 nömrəli məktəb - liseydə UNEC nümayəndələri ilə şagirdlərin iştirakı ilə maarifləndirici görüş keçirildi.
Görüş zamanı universitet nümayəndələri UNEC-in tarixi, ixtisasları, tədris imkanları və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verdilər. Şagirdlərə universitetə qəbul prosesi, tələbə həyatı və UNEC-in məzunlarının uğurları haqqında da maraqlı faktlar təqdim olundu.
Tədbir şagirdlərin gələcək peşə seçimlərinə istiqamət vermək və onları ali təhsil haqqında daha dolğun məlumatlandırmaq baxımından olduqca faydalı keçdi.