Parlament prospekti 7/11 ünvanında yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin əsası 1958-ci ildə qoyulmuşdur.O vaxt məktəb 1 korpusdan ibarət olmuş, 1000 nəfər şagird üçün nəzərdə tutulmuşdur. 1988-ci ildə məktəbin daha 3 korpusu tikilib istifadəyə verilmişdir.
2007-ci ildə dövlət başçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə məktəb əsaslı təmir edilmişdir.
Məktəbə 1994-cü ildə lisey adı verilmişdir.
2012-ci ildə cənab prezident İlham Əliyevin sərəncamı ilə məhz 20 nömrəli məktəb-liseyin şagirdlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə məktəbin qarşısında yeraltı keçid inşa edilmişdir. 2010-2011-ci tədris ilində məktəbi bir məzun – Quliyeva Fəridə Rauf qızı Qızıl medalla bitirmişdir.
2008-2013-cü illərdə 20 nömrəli tam orta məktəb-lisey 2 dəfə “İlin ən yaxşı məktəbi” adına layiq görülmüşdür. Məktəbdə 3 Əməkdar müəllim, 1 “Tərəqqi” medalına, 2 “Qabaqcıl təhsil işçisi” medaına layiq görülmüş müəllimlər çalışır.
A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-lisey hər sahədə tanınmış məzunları ilə fəxr edir. Bunlardan Azərbaycan Respublikasının Milli Qəhrəmanı 1995-ci il metroda törədilmiş partlayış zamanı 300 nəfərə yaxın insanı xilas etmiş Çingiz Babayev, 1991-ci il 21 noyabr tarixində Qarakənd səmasında vertalyotun vurulması nəticəsində şəhid olmuş Arif Hüseynzadə, Milli Elmlər Akademiyasının prezidenti olmuş akademik mərhum Mahmud Kərimov, Prezident Aparatının şöbə müdirləri Fuad Ələsgərov, Zeynal Nağdəliyev, Xalq artisti Afaq Bəşir qızı, Xalq artisti Elçin Əzizli, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Anar Ələkbərov bu məktəbin məzunlarındandır.
2014-cü ilin iyun ayında məktəb-lisey sökülmüşdür.
2017-ci ilin sentyabrın 15-də isə yeni inşa edilmiş məktəb-lisey 2017-2018-ci tədris ili üçün müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Məktəbin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, eləcə də I Vitse Prezident xanım Mehriban Əliyeva iştirak etmişlər.
2024-2025-ci tədris ili üçün ümumi şagird sayı isə 4660-dir. Onlardan 2440-ı rus bölməsində, 2220-i isə Azərbaycan bölməsində təhsil alan şagirdlərdir. Məktəb-liseydə hal-hazırda 164 sinif fəaliyyət göstərir.