FƏXRİMİZ

Arif İsmayıl oğlu Hüseynzadə 1970-ci il sentyabrın 23-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1977-ci ildə Yasamal rayonu 20 nömrəli tam orta məktəbin I sinfinə gedib. Məktəbdə təhsil aldığı dövrdə biliyi, bacarığı, nizam-intizamı, səmimiliyi, sakit və təmkinli olması ilə həmyaşıdlarından fərqlənib. 1987-ci ildə həmin məktəbi bitirib. 1988-1990-cı illərdə hərbi xidmətdə olub.

1990-cı ildən Azərbaycan Dövlət Televiziyasında işıqçı vəzifəsində çalışıb.

Uşaqlıq və gənclik illərində vətənpərvərliyi ilə seçilib. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni hərbi dəstələri tərəfindən Azərbaycan hərbi helikopterinin vurulması nəticəsində həlak olub. I Fəxri Xiyabanda dəfn edilib.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 nömrəli tam orta  məktəb-lisey Arif Hüseynzadənin adını daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi