Pedaqoji şura iclası keçirildi

   30 may 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi (ETN), Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 2024–2025-ci tədris ilində “Son zəng” tədbirinin təşkili ilə bağlı əmr və təlimatlarının, həmçinin II yarımil üzrə buraxılış sinif şagirdlərinin bilik səviyyəsinin qiymətləndirilməsi (BSQ) və cari məsələlərin kollektivin diqqətinə çatdırılması məqsədilə məktəb-liseydə pedaqoji şura iclası keçirilmişdir.

   İclasdan öncə məktəb-liseyin direktoru Esmira Ağayeva XI siniflərin sinif rəhbərləri və rəhbər heyətlə görüşərək, qarşıda duran vəzifələr, “Son zəng” tədbirinin təşkili, təhlükəsizlik qaydaları və BSQ-lərlə bağlı təlimatlarla onları ətraflı şəkildə tanış etmişdir.

   İclasın sonunda müəllimlərin mövzu ilə bağlı çıxışları dinlənilmiş, fikir və təkliflər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi