Son zəng çalındı

   Bu gün məktəb həyatımız boyunca yazdığımız kitabın son səhifəsini birlikdə oxuduq. İllərlə davam edən zəhmətin, dostluqların, bilik axtarışlarının və xatirələrin bir simvoluna çevrilən bu gün həm kədərli, həm də qürurverici anlarla yadda qaldı.

   Məktəb - liseyimizin həyətində təşkil olunan “Son zəng” tədbirində ilk çıxışı direktor Esmira xanım Ağayeva etdi. O, məzunlara uğurlar arzulayaraq qeyd etdi ki, bu gün onların həyatında yeni bir mərhələnin başlanğıcıdır. Esmira xanım illər boyunca məktəbin divarları arasında qazandıqları bilik və dəyərlərin onların gələcək yoluna işıq tutacağına inandığını bildirdi.

Tədbirdə iştirak edən dəyərli qonaqlar da məzunlara öz təbriklərini və xoş arzularını çatdırdılar. Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov çıxışında gəncləri müasir biliklərlə silahlanmağa, vətənə, xalqa faydalı vətəndaşlar olmağa səslədi. O, məzunların təhsil sahəsində qazandıqları uğurların ölkəmizin inkişafında mühüm rol oynayacağını vurğuladı.

   Sonra Elm və Təhsil Nazirliyinin nümayəndəsi Əhliyat Adıgözəlov və Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşı Aygül Heydərova da çıxış edərək, məzunlara gələcək həyat yollarında uğurlar, əzm və müvəffəqiyyət arzuladılar.

   Bu əlamətdar gündə məktəb illərinin ən son zəngi çalındı və biz bir dövrü arxada qoyaraq, həyatın yeni səhifəsinə qədəm qoyduq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi