Şagirdlərimiz Azərbaycan Memarlıq və İnşaat Universitetində

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Açıq qapı” günü keçirilmişdir. Tədbirdə məktəbimizin 10-cu sinif şagirdləri də iştirak etmişlər. Onlar universitetin fakültələri ilə yaxından tanış olmuş, təhsil imkanları barədə ətraflı məlumat almış, maraqlandıran suallara cavab tapmışlar. Bu səfər şagirdlər üçün həm maarifləndirici, həm də motivasiyaedici xarakter daşıyırdı.