STEAM İnnovasiya Mərkəzinə ekskursiya

    A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə  tətbiq olunan layihələrin icrasına marağın artırılması, şagirdlərin meyl və bacarıqlarının düzgün inkişaf etdirilməsi, onları yeni texnologiyalar, İKT vasitələri və müasir yanaşmalara istiqamətləndirmək məqsədilə STEAM İnnovasiya Mərkəzi tərəfindən ekskursiyalar təşkil edilmişdir.

   Məktəbin müxtəlif yaş qruplarını əhatə edən 120 şagird STEAM İnnovasiya Mərkəzinə ekskursiya etmiş və STEAM modullarının məzmununa uyğun olaraq yaradılmış fəaliyyət zonaları ilə yaxından tanış olmuşlar. “İdeya emalatxanası”, “Robotların hazırlanması laboratoriyası”, “Eksponat otaqları” kimi zonalarda şagirdlərin əylənərək öyrənməsi üçün geniş imkanlar yaradılmışdır.

Ekskursiya müddətində şagirdlər ayrılmış fəaliyyət zonalarında müxtəlif tapşırıqları 2 saat ərzində böyük maraq və həvəslə yerinə yetirmişlər. Bu təşəbbüs şagirdlərimizin yaradıcılıq potensialının üzə çıxarılması və inkişafı baxımından olduqca əhəmiyyətli olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi