XI siniflərdən uğur dolu xəbər

2024/2025-ci tədris ilində II zona üzrə keçirilən buraxılış imtahanlarının nəticələri açıqlandı.
Sevinc və qürur hissi ilə bildiririk ki, A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin parlaq zəkaları bu sınaqdan da alnıaçıq çıxdılar. Aşağıda adları qeyd olunan şagirdlər 200 və daha yüksək bal toplayaraq böyük uğura imza atdılar.
Onları bu əzmkarlığa görə təbrik edir, qarşıdakı yollarında daha böyük zirvələri fəth etmələrini diləyirik. İnanırıq ki, bu uğurlar hələ başlanğıcdır – irəlidə sizi daha böyük nailiyyətlər gözləyir.